Altı ayda Qarabağ və Şərqi Zəngəzura 2 mlrd. manatdan çox investiya yatırılıb
sizinxeber.az xəbər saytı

Altı ayda Qarabağ və Şərqi Zəngəzura 2 mlrd. manatdan çox investiya yatırılıb


Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ümumilikdə 2 milyard 75 milyon 301 min manat investisiya yatırılıb.

Bu barədə "Sizinxeber.az-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu məbləğin 2 milyard 38 milyon 449 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

İlin birinci yarısında Qarabağ iqtisadi rayonu üzrə yatırılan investisiyaların həcmi 857 milyon 868 min manat təşkil edib. Həmin məbləğin 835 milyon 145 min manatı tikinti-quraşdırma işlərinə aid olub.

Altı ayda Şərqi Zəngəzur iqtisadi rayonuna 1 milyard 217 milyon 433 min manat investisiya yatırılıb. Bu məbləğin 1 milyard 203 milyon 304 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

Oxşar xəbərlər

Şərqi Zəngəzura yatırımların həcmi 4 mlrd. manatı ötüb
Ötən ay Azərbaycan iqtisadiyyatına 787 mln. manat investisiya yatırılıb
İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə investisiyalar 53 % artıb
I yarımildə azad edilmiş rayonlarda tikintiyə 2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
Azad edilmiş rayonlarda tikintiyə I yarımildə 2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər