Azad edilmiş rayonlarda tikintiyə I yarımildə 2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib.
Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (408 mln. 11 min manat), Laçın (303 mln. 122.1 min manat) və Ağdam (260 mln. 833.3 min manat) rayonlarına ayrılıb.
Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73.5 milyon manat vəsait yönəldilib ki, bunun da 6 milyard 313.5 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 31.5%-ni təşkil edib.
Aşağıdakı diaqramda cari ilin I yarısında azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Əlavə edək ki, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Cari ilin ilk 6 ayı ərzində isə dövlət büdcəsindən illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi — yəni 1 milyard 552,4 milyon manatı istifadə olunub.
Oxşar xəbərlər
I yarımildə azad edilmiş rayonlarda tikintiyə 2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
9 ayda azad edilmiş rayonlarda tikinti işlərinə 3.6 mlrd. manatdan çox vəsait xərclənib - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş rayonlarda ötən il tikintiyə 6 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə 2 mlrd. manatdan çox vəsait xərclənib - Siyahı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə investisiyalar 53 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












