“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
2022-ci ildə salınan “Park Yasamal Yaşayış Kompleksi”nin sakinləri illərdir həmin ərazidə natəmiz şəraitdə yaşayıblar. Qeyd edilən ilə qədər kompleksin salındığı ərazidə sakinlərin evləri ilə yanaşı, müxtəlif dəri sexləri və donuz fermaları fəaliyyət göstərib. Kanalizasiya sistemi mövcud olmadığından çirkab sular ərazi boyu axaraq Qanlıgölə tökülüb.
Sakin Səyyarə İmanova bildirib ki, 40 ilə yaxın bu ərazidə yaşayıb: “Uşaqlıqdan eşidirdim ki, bura söküləcək, ev tikəcəklər və s. Deyirdim ki, bura kimdir gələn, burda ilan mələyir, kimdir burada ev tikən, yaşayan?! Heç vaxt ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər, yaşıllıq salınar, futbol meydançası, gül-çiçək, maşın saxlamaq üçün qarajı olar. Yəni bir insanın yaşamağı üçün hər bir şərait yaradılıb. Gəl, qapının açarlarını al, içəri gir və yaşa”.
Digər sakin Zaur Kərimov isə qeyd edib ki, köçdüyü ev çox əlverişlidir: “1 ay 10 gündür ki, bura köçmüşəm, bura çox rahatdır. Hər şeydən razıyıq”.
Qeyd edək ki, hazırda Kristal tərəfindən “Park Yasamal” layihəsini 3-cü mərhələsinin tikintisi davam edir. Layihədə həm yaşayışa hazır, həm də tikilməkdə olan binalarda satış aparılır.
Oxşar xəbərlər
Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda yeni mini stadionun salınmasına başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












