Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq
sizinxeber.az xəbər saytı

Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq


Yenidən qurulan Ağdam şəhərinə köçürələcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün addımlar atılır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni salınan yaşayış kopleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya - Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq: "Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də, ən gözəl məkanlardan biri olacaq".

Oxşar xəbərlər

Dövlət başçısı və birinci xanım Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri 26 ha ərazidə salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər