I yarımildə fiziki şəxslər tərəfindən Azərbaycana 1 mlrd. dollarlıq məhsul idxal edilib
sizinxeber.az xəbər saytı

I yarımildə fiziki şəxslər tərəfindən Azərbaycana 1 mlrd. dollarlıq məhsul idxal edilib


2025-ci ilin yanvar-iyun ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 1 milyard 12.7 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.8%-ni əhatə edib.

Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 51 milyon 209.4 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,40%-i deməkdir. Məlumata əsasən, hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.4% azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 12 milyard 878.2 milyon ABŞ dolları, idxalı isə 11 milyard 522 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.

Oxşar xəbərlər

İki ayda fiziki şəxslər tərəfindən Azərbaycana 347 mln. dollarlıq məhsul idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
I rübdə Azərbaycanda dövlət sektorunun idxalı 5 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Azərbaycana əhali tərəfindən 2 mlrd. dollara yaxın məhsul idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər