İki ayda fiziki şəxslər tərəfindən Azərbaycana 347 mln. dollarlıq məhsul idxal edilib
2025-ci ilin yanvar-fevral ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 347 milyon 400 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.40%-ni əhatə edib.
Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 15 milyon 288 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,32%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20% artıb, ixrac isə 19.4% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 4 milyard 766 milyon ABŞ dolları, idxalı isə 4 milyard 138 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.
Oxşar xəbərlər
Ötən il Azərbaycana əhali tərəfindən 2 mlrd. dollara yaxın məhsul idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 10 ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












