

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının şurasının toplantısı keçiriləcək
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) bankları Şurasının növbəti toplantısı Bakı şəhərində keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov Şuranın I toplantısında iştirak edib. Toplantı Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun və TDT-nin baş katibi Kubanıçbek Ömüralıyevin salamlama nitqi ilə başlayıb.
T.Kazımov Azərbaycanda mövcud iqtisadi inkişaf trendləri barədə məlumat verib, pul siyasətinin ötürücülüyünün artırılması istiqamətində həyata keçirilən işlərdən danışıb, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal valyutanın inkişafı istiqamətində atılan addımları diqqətə çatdırıb.
AMB sədri TDT-nin regional və qlobal əhəmiyyətli platforma kimi ölkələr və mərkəzi banklar arasında səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcəyinə dair əminliyini ifadə edib.
Toplantıda Qırğızıstan Milli Bankının sədri Melis Turqunbayev, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov və Macarıstan Mərkəzi Bankının icraçı direktoru Qabor Szöksün də çıxışları baş tutub.
Toplantı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının sədrlərini qəbul edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında AMB sədrinin iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində Üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının yaradılmasına dair Memorandum imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrlərinin imzaladığı memorandumun əsas məqsədi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr və tədqiqatlar həyata keçirməkdir. Şura regional iqtisadi dayanıqlılığın gücləndirilməsinə, maliyyə sabitliyinin möhkəməndirilməsinə və üzv ölkələr arasında bilik mübadiləsinin təşviqinə dəstək verəcək.
Oxşar xəbərlər
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsi buraxıla bilər
Taleh Kazımov: "Rəqəmsal valyuta buraxmaq planımız yoxdur"
TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası yaradılıb
Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
