
Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsi buraxıla bilər

Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsi buraxıla bilər
Qazaxıstan və Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsinin buraxılmasını müzakirə edib.
"Sizinxeber.az" bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, səfir Alim Bayel Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovla görüş keçirib. Görüşdə diplomat iki ölkənin münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Qazaxıstanın Milli Bankı, həmçinin Maliyyə Bazarlarını Tənzimləmə və İnkişaf Agentliyi və Astana Beynəlxalq Maliyyə Mərkəzi AMB ilə səmərəli münasibətlər qurublar.
Səfir T.Kazımova mayın 27-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi Banklarının Şurasının I iclasına dəvətnamə təqdim edib. AMB sədri bu tədbirdə iştirak edəcəyini təsdiqləyib və, Şuranın yaradılması təşəbbüsünü Qazaxıstanın irəli sürdüyünü vurğulayıb. O, həmçinin, iki ölkənin mərkəzi bankları təcrübə mübadiləsi və beynəlxalq platformalarda uğurla əməkdaşlıq etdiyini qeyd edib.