Azərbaycanda dövlət rüsumu üzrə daxilolmalar 7 %-dən çox azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
15:30

Azərbaycanda dövlət rüsumu üzrə daxilolmalar 7 %-dən çox azalıb

27 may, 2025
15:30
441

Azərbaycanda dövlət rüsumu üzrə daxilolmalar 7 %-dən çox azalıb

2024-cü ildə Azərbaycanda dövlət rüsumu üzrə daxilolmalar 359 milyon manat proqnoza qarşı icra 305 milyon manat və yaxud 54 milyon manat (15 %), 2023-cü illə müqayisədə isə 24 milyon manat və yaxud 7,3 % az olub.

"Report" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, proqnozdan az daxilolmaya səbəb dövlət rüsumuna cəlb olunan (xüsusilə aksiz markalarının verilməsinə görə) hüquqi hərəkətlərin sayının azalması ilə bağlı olub. Belə ki, vergi orqanlarının məlumatlarına əsasən ötən il dövlət rüsumu tətbiq olunan 453,3 milyon hüquqi hərəkət olub ki, bu da əvvəlki ilə nisbətən 148 milyon ədəd və yaxud 24,6 % azdır.

Bizimlə əlaqə saxlayın