Nazir: Bəzi publik hüquqi şəxslərin büdcədən maliyyələşməsini məhdudlaşdırmalıyıq
sizinxeber.az xəbər saytı

Nazir: Bəzi publik hüquqi şəxslərin büdcədən maliyyələşməsini məhdudlaşdırmalıyıq


Ödənişli xidmət göstərən publik hüquqi şəxslərin dövlət büdcəsindən maliyyələşməsini məhdudlaşdırmalıyıq.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

Maliyyə naziri bildirib ki, bu barədə hökumətin tapşırığı da var və bu istiqmətdə aktiv iş aparırıq.

“Düşünürəm ki, publik hüquqi şəxslərin sırasında optimallaşdırma istiqamətində nəticələr əldə edəcəyik”, - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

İş və xidmətləri ƏDV-dən azad edilən publik hüquqi şəxslərin siyahısı genişlənib
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib - SƏRƏNCAM
Sadələşmiş vergi limitinin artırılması ilə bağlı təkliflər hökumətə təqdim edilib
AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrin siyahısı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər