"Yelo Bank"ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı
sizinxeber.az xəbər saytı

"Yelo Bank"ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı


"Yelo Bank" ASC bu il də regionun qadın liderliyinə həsr olunmuş ən böyük tədbiri — "SHE Congress 2025"in əsas tərəfdaşı oldu. Konqres bu dəfə  “Beyond Now – Creating What Lives On” (Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq) mövzusu ilə qadınların şəxsi və peşəkar inkişafı üçün aktual mövzular ətrafında müzakirələrə ev sahibliyi etdi. 

Fərqli sahələrdə uğurları ilə seçilən 500-dən çox yerli və xarici iştirakçının qatıldığı tədbirdə, qadın liderlərin qarşılaşdıqları çağırışlar, innovativ yanaşmalar və inklüzivliyin biznesə verdiyi töhfələr əsas diqqət mərkəzində oldu.

"Yelo Bank"ı tədbirdə İdarə Heyəti sədr müavini Günay Cəlilova təmsil edib. O, öz açılış nitqində biznesdə qadın liderliyinin gücləndirilməsi, uğur üçün davamlı inkişafın vacibliyindən söz açıb. Günay xanım qeyd edib ki, biznesdə və karyerada ən vacib prinsiplərdən biri tək uğurla kifayətlənməmək, davamlı inkişaf və yeniliklərə açıq olmaqdır. Bundan başqa bilik və təcrübələrimizlə başqalarına mentorluq edərək, dəstək zənciri yarada bilərik ki, bu özü də davamlı inkişafın təzahürüdür.

Tədbir ilhamverici çıxışlar, uğur hekayələri və səmərəli şəbəkələşmə imkanları ilə yadda qalıb. Eyni zamanda Yelo Bank tərəfindən təşkil olunan püşkatma çərçivəsində bəzi iştirakçılar qabaqcıl bank məhsullarını hədiyyə qazanıb.

"Yelo Bank" Korporativ Sosial Məsuliyyət strategiyasının əsas sütunlarından biri kimi bərabərlik, müxtəliflik və inklüzivliyi dəstəkləyir. Bank inanır ki, qadınların gücləndirilməsi daha dayanıqlı cəmiyyət və daha güclü iqtisadiyyatın formalaşmasına aparan vacib addımdır. Bu səbəbdən "Yelo Bank" gələcəkdə də qadın liderliyini təşviq edən təşəbbüslərin yanında olacaq.

Yelo Bank kredit şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Yelo Bank builki "SHE Congress"də əsas tərəfdaşıdır
"Yelo Bank" “İlin ən yaxşı tərəfdaşı” adına layiq görüldü!
Ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
Yelo Bank ilk yerli PR Forumuna dəstək olub - FOTO
Yelo Bank dedi və etdi: hər müştəri üçün bir ağac!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər