

Türk investisiya Fondu regionda investisiyalara vahid yanaşmalar hazırlayır
Bu il fəaliyyətə başlamağı planlaşdıran Türk İnvestisiya Fondu (TIF) investisiya fəaliyyətinin prinsip və mexanizmlərini müəyyən edən əsas sənədlərin hazırlanmasını başa çatdırır.
“Report” TIF-ə istinadən xəbər verir ki, fond əsas investisiya siyasəti paketinin hazırlanmasında irəliləyiş əldə edir. Bu paket layihələrin seçilməsi və həyata keçirilməsində mühüm rol oynayacaq investisiya, maliyyə, hüquqi və risk menecmenti çərçivələrini əhatə edir.
İştirakçı ölkələrin rəsmi təyin olunmuş nümayəndələrinin - Emil Məmmədov və Elman Mahmudov (Azərbaycan), Tamaş Zombor Yambrik (Macarıstan), Daniyar Azilxanov (Qazaxıstan), Fərhad İbrayev (Qırğızıstan), Mehmet Oymak (Türkiyə) və Eldar Mavlyudovun (Özbəkistan) daxil olduğu İnvestisiya Siyasəti üzrə İşçi Qrup sənədin hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə edib.
"İşçi qrup TIF-in icraçı rəhbərliyi ilə sıx şəkildə əlaqə saxlayaraq çərçivə investisiya siyasətinin regional dayanıqlı inkişaf prioritetlərinə və səmərəli idarəetmənin beynəlxalq standartlarına uyğun olmasını təmin etməyə çalışır", - fondun məlumatında deyilir.
Əldə edilmiş irəliləyişin tanınması əlaməti olaraq mayın 22-də TIF prezidenti Bağdad Amreyev fondun mənzil qərargahında işçi qrupunun üzvlərini qəbul edib.
Xatırladaq ki, Türk İnvestisiya Fondu 2024-cü il mayın 18-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın təşəbbüsü ilə təsis edilib. 2025-ci ilin fevralında fondun nizamnamə kapitalı Macarıstanın rəsmi qoşulması ilə 100 milyon ABŞ dolları artırılaraq 600 milyon ABŞ dollarına çatıb. Fondun məqsədi türkdilli ölkələrdə infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sahələrində investisiya layihələrini dəstəkləmək, həm dövlət, həm də özəl sektorda davamlı iqtisadi artıma töhfə verməkdir.
Oxşar xəbərlər
Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb
Türk İnvestisiya Fondu və TCCİ Anlaşma Memorandumu imzalayıb
Ərdoğan: Türk İnvestisiya Fondunun tezliklə layihələrə dəstək verəcəyinə əminəm
Azərbaycan və Çin arasında İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb
Türk İnvestisiya Fondu ilk layihələri maliyyələşdirməyə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
