Müşviq Əhmədli: “MDM investisiya fondları üçün depozitar funksiyalarını ayrıca lisenziya olmadan icra edəcək”
sizinxeber.az xəbər saytı

Müşviq Əhmədli: “MDM investisiya fondları üçün depozitar funksiyalarını ayrıca lisenziya olmadan icra edəcək”


Milli Depozit Mərkəzi (MDM) investisiya fondları üçün depozitar funksiyalarının yerinə yetirilməsi layihəsinin icrasına başlayıb və hazırkı mərhələdə ilkin əməliyyat sxemləri hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə MDM İdarə Heyəti sədrinin müşaviri Müşviq Əhmədli Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, layihə mərhələli şəkildə həyata keçiriləcək, çünki müxtəlif informasiya sistemləri arasında inteqrasiyanı və məlumat mübadiləsini nəzərdə tutur.

"Fondun aktivlərinin uçotunu aparan depozitar investisiya fondunun yaradılmasında infrastrukturun əsas elementidir. Fond payları investorlar üçün əlçatan olan yeni investisiya alətidir. Qanunvericiliyə əsasən, fond yaradılarkən onun aktivlərinin uçotunu aparacaq depozitar təyin edilməlidir. Azərbaycanda investisiya fondlarının formalaşmasına marağın artmasına baxmayaraq, ixtisaslaşmış özəl depozitarların olmaması əsas maneə olaraq qalır. Bu, mövcud bazar şəraitində bu cür fəaliyyətin aşağı rentabelliliyi ilə əlaqədardır", - M.Əhmədli qeyd edib.

O əlavə edib ki, yaranmış vəziyyəti nəzərə alaraq tənzimləyici orqan qanunvericiliyə depozitar funksiyalarının Milli Depozit Mərkəzinə ötürülməsinə imkan verən dəyişikliklərin edilməsini təklif edib.

"İndi MDM investisiya fondlarının aktivlərinə münasibətdə ayrıca lisenziya almadan depozitar fəaliyyətini həyata keçirmək səlahiyyətinə malikdir", - o vurğulayıb.

Oxşar xəbərlər

Milli Depozit Mərkəzi investisiya fondlarına xidmət göstərməyə hazırlaşır
Azərbaycan və Qazaxıstanın depozitar mərkəzləri danışıqlar aparır
Milli Depozit Mərkəzi ötən il 300 milyon manatdan çox kupon ödənişləri edib
Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb
BFB: İnstitusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle