

İslam İnkişaf Bankının toplantısında "Dayanıqlı İnkişafın stimullaşdırılması" mövzusunda panel keçirilib
Əlcəzairdə İslam İnkişaf Bankının ənənəvi illik toplantısı çərçivəsində keçirilən Özəl Sektor Forumunun növbəti günündə ""Nəticəyönümlü Tərəfdaşlıq: Ərəb Koordinasiya Qrupu və Özəl sektor Dayanıqlı İnkişafın Stimullaşdırılması naminə birgə fəaliyyət" mövzusunda panel təşkil olunub.
Sizinxeber.az-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə iş adamları və bank rəhbərləri iştirak edib.
Özəl Sektorun İnkişafı üzrə İslam Tərəfdaşlığı Qrupunun baş meneceri Mohamed Alyami bildirib ki, rəhbərlik etdiyi qurum sahibkarlıq subyektlərinə təkcə maliyyə deyil, həm də texniki dəstək göstərir:
"Biz eyni zamanda birbaşa investisiyalar üzrə proqramların icrasında iştirak edirik. Sahibkarlıq subyektləri öz biznes planlarını bizə təqdim etdikdən sonra bu planlar İdarə Heyətinin iclasında nəzərdən keçirilir və yekdil qərarla onlara maliyyə ayrlır. Eyni zamanda biz İslam ölkələrindən olan 30 bankla aktiv əməkdaşlıq edirik. Hesab edirik ki, bu cür tərəfdaşlıq əlaqələri İslam dünyasında biznesin, xüsusilə də özəl sektorun inkişafına mühüm təkan verəcək".
OPEC Fondunun Özəl Sektorda Biznesin İnkişafı Departamentinin direktoru Xalid Xadduri bu il ərzində rəhbərlik etdiyi qurum tərəfindən sahibkarlara 20 milyon dollardan artıq həcmdə investisiya dəstəyi göstərildiyini deyib:
"Biz əsasən rəqabət qabiliyyətli və investisiya cəhətdən faydalı layihələrin maliyyələşməsinə önəm veririk. Xüsusilə iqtisadi cəhətdən həssas ölkələr diqqətimizdədir. Son bir ildə Kot d'Vuar və Mozambikdə bir sıra layihələrin maliyyələşdirilməsi prosesinə dəstək göstərmişik".
İslam İnkişaf Bankının Qlobal Dəstək və Resursların Mobilizasiyası üzrə baş direktoru İbrahim Şükri bildirilib ki, analoji fondlar son dövrdə Afrika kontinentində özəl sektorun investisiyalaşması ilə yanaşı, sosial təşəbbüslərin də maliyyələşməsini həyata keçir:
"Biz bununla da kifayətlənmirik. Eyni zamanda sosial təşəbbüslərə də diqqət yetiririk. Bununla yanaşı, sahibkarlıq subyektləri ilə sıx əməkdaşlıq edərək, onların fikir və ideyalarını yaxından öyrənirik. Bundan sonra həmin ideyaların maliyyə cəhətdən həlli üzrə plan hazırlanır və sahibkarlıq subyektləri ilə birlikdə həyata keçirilir. Eyni zamanda sahibkarların maliyyə ehtiyaclarının operativ həlli üçün "Bir pəncərə" sistemi yaradılıb. Bunun nəticəsində onların maliyyə əlçatanlığının təmin olunmasına sərf edilən vaxt əhəmiyyətli dərəcədə azalır".
İqtisadi və Sosial İnkişaf üzrə Ərəb Fondunun vitse-prezidenti Xalid Hamza fondun son illərdə iqtisadi təşəbbüslərə dəstək siyasətinin təkmilləşdirildiyini açıqlayıb:
"Təkmilləşdirmə deyərkən, bu sahədə yeni üsul və texnologiyaların tətbiqini nəzərdə tuturam. Bu istiqamətdə xeyli işlər görülüb. Onlardan biri təqdim olunan biznes-planların müzakirəsi üçün tələb olunan vaxtın azaldılmasıdır. Bunun nəticəsində sahibkarlar biznes planlarını təqdim etdikdən sonra uzun müddət gözləmir. Bu da onların layihələrinin vaxtında icrasını təmin edir".
Tədbir interaktiv şəraitdə davam etdirilib.
Oxşar xəbərlər
Əlcəzairdə İslam İnkişaf Bankının ənənəvi toplantısı işinə başlayıb
İİB-nin illik toplantısında 13-cü Özəl Sektor forumu başlayıb
İslam İnkişaf Bankının 13-cü Özəl Sektor forumu başlayıb
Əlcəzairdə "Sosial-iqtisadi İnkişafa dəstək" mövzusunda panel müzakirə keçirilib
"Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı" mövzusunda 19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Pakistan Baş naziri: Qəzzada atəşkəs elan olunmalıdır
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Tbilisidə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
