Azərbaycanda maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunması müzakirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
17:00

Azərbaycanda maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunması müzakirə edilib

20 may, 2025
17:00
815

Azərbaycanda maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunması müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu çərçivədə AMB-də "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fintex Assosiasiyası"və "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliklərinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman) elan etdiyi “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, assosiasiyalarla birgə layihələrin həyata keçirilməsi, eləcə də assosiasiyaların tərkibində üzv təşkilatlardan ibarət işçi qrupların fəaliyyətinə dair səmərəliliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın