Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsinə bu il dövlət büdcəsindən ayrılacaq vəsait açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsinə bu il dövlət büdcəsindən ayrılacaq vəsait açıqlanıb


Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsinə bu il dövlət büdcəsindən 303,4 milyon manat vəsait ayrılacaq.

“Report” bu barədə Maliyyə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, həmin məbləğin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu / qazanılmış immunçatışmazlığı sindromu (iiv/qiçs) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək.

Oxşar xəbərlər

Aqrar Sığorta Fondunun ödənişləri 10 milyon manatı ötüb
UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib
Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır
Ötən il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 62 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər