ASCO sığortaçı seçir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərdə gövdə və mexanizmlərin sığortalanması üçün açıq tender elan edib.
“Sizinxeber.az” xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini mayın 15-i, saat 17:00-a qədər səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 23-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, xidmət çərçivəsində balans dəyəri 80 milyon ABŞ dolları olan “Aitolos”, balans dəyəri 28,5 milyon ABŞ dolları olan “Xocalı” və balans dəyəri 32 milyon dollar olan “Murovdağ” gəmilərinin sığortalanması nəzərdə tutulur. Təkrasığorta şirkəti Mərkəzi Bankın reytinq tələblərinə uyğun olmalı və ən azı “A” və ya da daha üstün reytinqinə malik olmalıdır.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
Oxşar xəbərlər
“Azerspace-1” sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Telefon Rabitəsi” sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












