Azərbaycanda avtomobil kreditləri bahalaşıb
Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir.
Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib.
I rübdə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb.
Digər istehlak kreditləri üzrə orta faiz isə 2024-cü ilin dekabrındakı göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb.
Oxşar xəbərlər
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
Azərbaycan banklarında kredit və depozit portfelləri üzrə dollarlaşma azalıb
BOKT-lar tərəfindən verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi açıqlanıb
Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
