AMB sədri: "ABŞ-ın tarif siyasətinin Azərbaycana təsirini qiymətləndirmək hələ tezdir"
ABŞ-ın tarif siyasətinin Azərbaycana təsirini qiymətləndirmək hələ tezdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ ilə ticarət həcmimiz elə də böyük deyil və tariflər təxminən 10 % artıb: "Dolayı yolla təsiri ola bilər, lakin bu təsiri tam qiymətləndirmək üçün hələ vaxt lazımdır. Artıq bir sıra Avropa və Asiya ölkələri yüksək tariflərdən irəli gələrək yeni bazarlara fokuslanır ki, bu da təklifin artmasına və qiymətlərin azalmasına səbəb ola bilər".
T. Kazımov hesab edir ki, ümumilikdə, tarif müharibəsinin Azərbaycanda qiymətlərin kəskin artımına səbəb olacağını demək olmaz; "AMB-nin mövqeyinə görə, belə bir təsir gözlənilmir. Effektin konkret ölçüsünü müəyyənləşdirmək üçün əlavə araşdırma və zaman tələb olunur".
AMB sədri vurğulayıb ki, ABŞ-ın hansı məhsullara daha yüksək tarif tətbiq etdiyini nəzərə almaq vacibdir: "Azərbaycan istehsalçıları yeni tələblərə uyğun eyni adda məhsullar təqdim etməklə ixrac həcmlərini artıra bilərlər".
Oxşar xəbərlər
Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir
Taleh Kazımov: "Özəl pensiya fondu məsələsində hökumətlə baxışımız eynidir"
Meksika Prezidenti: ABŞ-yə qarşı cavab tarif və qeyri-tarif tədbirləri tətbiq ediləcək
AMB: Bu il tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri 0,51 faiz bəndidir
Taleh Kazımov: "Büdcə xərclərinin inflyasiyaya təsiri davam edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
