Taleh Kazımov: "Özəl pensiya fondu məsələsində hökumətlə baxışımız eynidir"
sizinxeber.az xəbər saytı

Taleh Kazımov: "Özəl pensiya fondu məsələsində hökumətlə baxışımız eynidir"


Azərbaycan Mərkəzi Bankının (AMB) özəl pensiya fondunun yaradılması məsələsində hökumətlə baxışı eynidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu istiqamətdə daha fəal çalışmaq lazımdır. Özəl pensiya fonduna görə həyat sığortası şirkətlərində əlavə kapital tələbinin yarana biləcəyi ilə bağlı nə isə demək hələ ki, tezdir", - deyə o qeyd edib.

AMB sədrinin I müavini Əliyar Məmmədyarov isə deyib ki, bununla bağlı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iş gedir: "Ölkəmiz üçün ən optimal variantın müəyyənləşdirilməsi istiqamətində iş aparılır".

Oxşar xəbərlər

Azərbaycanda özəl pensiya fondu yaradılır
Azərbaycanda özəl pensiya fondu yaradılır - İqtisadçıdan AÇIQLAMA + VİDEO
Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
AMB builki iqtisadi artım və neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycanda bankların əmanətçilərinin sayı 40 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər