ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır
ABB Dünya İqtisadi Forumu (Davos Forumu) ilə tərəfdaşlığa başlayır. Belə bir tərəfdaşlıq ABB-nin beynəlxalq əlaqələrini daha da gücləndirəcək. Bank Forumun dünyanın müxtəlif ölkələrində keçirəcəyi tədbirlərdə iştirak edəcək, müzakirələrdə öz spikerləri ilə təmsil olunacaq, yeni tərəfdaşlarla, o cümlədən investorlarla işgüzar əlaqələr quracaq.
"Sizinxeber.az-Economics" xəbər verir ki, Dünya İqtisadi Forumunun nümayəndələri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində də görüş keçiriblər. Onlara Bankın fəaliyyəti, strateji hədəfləri, son illər reallaşdırdığı uğurlu layihələr haqqında məlumat verilib. Gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. ABB-nin Forumla tərəfdaşlıqdan faydalanmaq imkanları, dünyadakı digər böyük bankların bu sahədə təcrübələri və s. mövzular ətrafında müzakirələr aparılıb. Görüş zamanı ABB-nin Dünya İqtisadi Forumu ilə tərəfdaşlığına dair sənəd də imzalanıb.
Davos Forumu adı ilə məşhur olan Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Onun əsas məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, biznes qurumlarını, sahibkarları bir araya gətirmək, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.
Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir imkanlarına malikdir. Burada irəli sürülən yeni fikirlər, təşəbbüslər qlobal iqtisadiyyata istiqamət verir. Azərbaycan Dünya İqtisadi Forumunda 1995-ci ildən fəal şəkildə təmsil olunmaqdadır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
Bu gün Davos İqtisadi Forumu işə başlayır
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir
Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərdən danışmaq üçün yaxşı fürsətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
