IMF Azərbaycanın 2026-cı il üçün cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yeniləyib
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,8 %-i səviyyəsində proqnozlaşdırır.
“Sizinxeber.az” IMF-in hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə bu göstərici ÜDM-in 4,1 %-nə qədər azalacaq. 2025-ci il üçün proqnoz dəyişməz qalıb, 2026-cı il üçün gözləntilər isə 0,8 faiz bəndi azaldılıb.
Fondun proqnozlarına görə, 2027-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 1,3 %-ni təşkil edəcək. Gələcəkdə isə IMF Azərbaycanın cari əməliyyatlar hesabının kəsirli olacağını gözləyir. Belə ki, 2028-ci ildə kəsir ÜDM-in 1,7 %-ni, 2029-cu ildə isə bu göstərici ÜDM-in 2,5 %-nə qədər artacaq.
2024-cü ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-nə bərabərdir.
Dünya Bankının 2025-ci il üçün proqnozu daha nikbin olmaqla ÜDM-in 11,6 %-ni təşkil edir. Lakin bank 2026-cı ildə ÜDM-in 5,4 %-i, 2027-ci ildə 3,8 %-i, 2028-ci ildə 3,6 %-i və 2029-cu ildə 3,4 %-nə qədər azalma gözləyir.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatının gözlənilən həcmləri nəzərə alınmaqla, profisit hər il orta hesabla ÜDM-in təxminən 3 %-nə bərabər olacaq.
Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə cari əməliyyatlar hesabının müsbət saldosunun 5,5 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
Oxşar xəbərlər
IMF 2028-ci ilədək Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin qorunacağını proqnozlaşdırır
IMF 2030-cu ilə qədər Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozlara yenidən baxıb
“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək
Dünya Bankı: Bu il Azərbaycanda CƏB üzrə profisit ÜDM-in 11 %-ni keçəcək
Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












