Hesablama Palatası ötən ilin maliyyə hesabatını açıqlayıb
Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat (əvvəlki ilə nisbətən 14,1 % çox), xərcləri isə 9,543 milyon manat (8,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,4 % azalaraq 24 min manata düşüb, xalis aktivləri (balans kapitalı) isə 7,8 % artaraq 6,193 milyon manata çatıb.
Hesablama Palatasını Milli Məclis ölkə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradıb. Palata 2001-ci ildən fəaliyyətə başlayıb. Qurum parlamentə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
Oxşar xəbərlər
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
KOBİA ötən ili mənfəətlə başa vurub
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
DOST Agentliyi zərərdən mənfəətə keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
