Təhsil Tələbə Krediti Fondunda ciddi nöqsan və uyğunsuzluqlar müəyyən edilib
Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Sənədə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.
Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.
Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.
Bundan başqa, bəzi hallarda tələb olunan sənədlər təqdim edilmədən, sadəcə ali məktəbin məsul şəxsinin portala daxil etdiyi məlumatlar əsasında kredit müraciətləri banka göndərilib. Hətta ləğv olunmuş kredit müraciətlərinin bir hissəsi üzrə bank tərəfindən rəsmi kredit rəsmiləşdirilib.
Hesabatda qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinə SAT imtahanı ilə qəbul aparıldığı halda, bu yanaşma Fondun mexanizmlərində nəzərə alınmayıb və nəticədə həmin tələbələr ilk semestrdən standart kreditlərdən yararlana bilməyiblər.
Təhlil zamanı, həmçinin, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.
Fondun idarə olunmasında da struktur problemlərə yer verilib. Himayəçilik Şurasının strateji planları və illik fəaliyyət planlarını təsdiqləməməsi, kənar auditorun təyin olunmaması və müvəkkil bankın razılaşdırılmadan seçilməsi şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olub.
TTKF-nin vəsaitlərini artırmaq üçün nəzərdə tutulan investisiya cəlbi funksiyası da icra edilməyib.
Müraciətlərin təxminən 20 %-i üzrə kreditlərin verilməsi bir aydan çox vaxt aparıb ki, bu da əsasən ali məktəblərin və müvəkkil bankların məsul şəxslərinin fəaliyyətsizliyi ilə izah olunur.
Oxşar xəbərlər
3 il ərzində 37 mindən çox şəxsə təhsil tələbə krediti verilib
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib
1 300-ə yaxın tələbəyə təhsil krediti verilib
TTKF sədri: Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir
Emin Əmrullayev təhsil kreditinə müraciət edən 50 000-ci tələbə ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
