BFB sədri: Azərbaycanda özəl sektora aid şirkət İPO edə bilər
Azərbaycanda qida sənayesi holdinqlərinə daxil olan bəzi şirkətlər səhmlərini ilkin kütləvi təklifə (IPO) çıxara bilər.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu "Bakı Fond Birjası"nın (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O bildirib ki, sözügedən şirkətlər kifayət qədər dayanıqlıdır, maliyyə hesabatarını maliyyə standartlara (IFRS) uyğun tərtib edir, korporativ idarəetməyə malikdirlər.
“Hazırda IPO məsələsində əsas gözləntilər maliyyə, qismən isə telekommunikasiya sektorundandır. Düşünürük ki, bank və sığorta şirkətləri IPO-ya daha hazırlıqlıdır. Telekommunikasiya sektoru da bu prosesə qatılmağa yaxın görünür. Amma konkret hansı şirkət qərar verəcək, nə vaxt IPO-ya çıxacaq – bu, hələ dəqiqləşməyib”- Ruslan Xəlilov əlavə edib.
Oxşar xəbərlər
BFB: Azərbaycanda korporativ istiqrazların həcmi 400 mln. manata çatıb
Azərbaycanda ilk "yaşıl" istiqraz buraxıla bilər
Ruslan Xəlilov: "Dövlət və özəl müəssisələrinin İPO-ya təşviq edilməsi istiqamətində işlər aparılır"
Ruslan Xəliov: "Yaşıl istiqraz" buraxmağa namizəd olan şirkətlər var"
BFB-nin sədri: "Azərbaycanda kapital bazarı mədəniyyəti hələ formalaşmayıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













