BFB: Azərbaycanda korporativ istiqrazların həcmi 400 mln. manata çatıb
Azərbaycanda korporativ istiqrazların ümumi dəyəri təxminən 400 milyon manatdır.
“APA-Economics” xəbər verir ki, bunu AmCham Yaşıl Maliyyə Konfransında çıxışı zamanı "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O bildirib ki, bu, bərpa olunan enerji layihəsinin dəyərinə bərabərdir.
Ruslan Xəlilov həmçinin, Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği təxminən 9 milyard manat olduğunu açıqlayıb.
“Azərbaycanda buraxılan istiqrazların 80%-dən çoxunun ödəmə müddəti 3 ildən artıq deyil. Daha bir narahatlıq doğuran məqam pərakəndə investorların sayının az olmasıdır. Əsas təşəbbüslərimizdən biri pərakəndə investorların bazar payını artırmaqdır" - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği açıqlanıb
Ruslan Xəlilov: "İstiqrazların 80 %-dən çoxunun ödəmə müddəti 3 ildən artıq deyil"
BFB: Dövlət müəssisələrinin istiqraz həcmi 1,3 mlrd. manata qədər artırıla bilər
Azərbaycanda ilk "yaşıl" istiqraz buraxıla bilər
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













