Deputat: Gələcəyi proqnozlaşdıran auditlərə ehtiyac var
sizinxeber.az xəbər saytı

Deputat: Gələcəyi proqnozlaşdıran auditlərə ehtiyac var


Gələcəyi proqnozlaşdıran auditlərə ehtiyac var.

Sizinxeber.az-nın xəbərinə görə, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deputat Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, bu gün texnoloji inkişaf, iqlim dəyişikliyi və geosiyasi mənzərələrin dəyişməsi kimi mürəkkəb problemlərlə üzləşdiyi dövrdə təkcə indiki vəziyyəti qiymətləndirən yox, həm də gələcəyi proqnozlaşdıran auditlərə ehtiyac durmadan artmaqdadır: “Təşkilatlara qeyri-müəyyənlikləri idarə etməyə və strategiyalarını gələcək ssenarilərə uyğunlaşdırmağa imkan verən proaktiv audit təklif edən strateji uzaqgörənliyin hazırda əvəzi yoxdur. Auditorlar uzaqgörənliyi audit prosesinə inteqrasiya etməklə, uzunmüddətli perspektivdə təşkilata təsir edə biləcək riskləri, tendensiyaları və imkanları müəyyən edə bilərlər. Bu proaktiv yanaşma auditorlara təkcə cari fəaliyyəti qiymətləndirməyə deyil, həm də təşkilatın gələcək çağırışlara uyğunlaşmaq üçün nə dərəcədə yaxşı mövqe tutduğunu qiymətləndirməyə kömək edir. Proses hökümətin strateji məqsədlərinin daha geniş kontekstini və üzləşdiyi qeyri-müəyyənlikləri nəzərə alaraq əsas məsələlərin və əhatə dairəsinin müəyyən edildiyi çərçivənin cızılması ilə başlayır. Bu addım hökumətə və ya qurumlara təsir göstərə biləcək tendensiyaları, siqnalları və yaranan problemləri müəyyən etmək üçün müxtəlif mənbələrdən toplanan məlumatlın emal edilməsi ilə başlayır. Məlumatların emalı prosesi auditorlara gələcək potensial inkişaflar haqqında hərtərəfli anlayış yaratmağa kömək edir, onlara ənənəvi audit metodları vasitəsilə görünməyən müvafiq riskləri və imkanları müəyyən etməyə imkan verir, daha təkmil qərarlarının qəbul edilməsinə kömək edir. Hesablama Palatası Azərbaycanın iqtisadiyyatının davamlı inkişaf meyllərini təhlil etməklə, xarici mühit riklərini nəzərə almaqla gələcəyi proqnozlaşdıran autditlərin keçirilməsini də öz iş planına daxil edə bilər. Bu audit fəaliyyəti Azərbaycanda dövlət qurumlarının gələcək risklərə və imkanlara daha yaxşı hazırlaşmalarına dəstək ola bilər”.

Oxşar xəbərlər

Tahir Mirkişili: “Gələcəyi proqnozlaşdıran auditlərə ehtiyac durmadan artır”
Tahir Mirkişili: “Süni intellekt haqqında” ayrıca qanunun qəbuluna ehtiyac var
Hesablama Palatasının fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub
Hesablama Palatasının 2024-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib
Maliyyə Nazirliyi vergi güzəştlərinin səmərəliliyini qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər