Azərbaycan və İsveçrə bank sektorunda açıq bazar əməliyyatlarını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (SNB) arasında açıq bazar əməliyyatlarını müzakirə edilib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun əməkdaşlarının SNB-yə təcrübə mübadiləsi səfəri baş tutub. Səfərin məqsədi müxtəlif pul siyasəti strategiyalarını, pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsini müzakirə etmək, həmçinin monetar əməliyyatlarla bağlı fikir mübadiləsi aparmaq olub.
Səfər çərçivəsində AMB və SNB nümayəndələri arasında keçirilən görüşlərdə qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişiklər şəraitində pul siyasətinin effektiv həyata keçirilməsində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və onun maliyyə sabitliyinə təsirləri məsələləri müzakirə edilib, SNB-nin təhlil-proqnozlaşdırma sistemi, model portfeli, statistik bazadan istifadə, həmçinin SNB-nin pul siyasəti qərarlarının icrası, faiz dərəcələrinin tənzimlənməsi, daimi imkan və açıq bazar əməliyyatları kimi mühüm istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.
Növbəti dövrlərdə qeyd olunan istiqamətlər üzrə tərəflər arasında müzakirələrin davam etdirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan və Çin bank sektorunda institusional əməkdaşlığı dərinləşdirə bilər
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”













