Mərkəzi Bank iki valyuta mübadiləsi məntəqəsinə icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Eliko” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstəriş verib.
Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Eliko” MMC və “Meta-Kapital” MMC-tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Eliko” MMC və “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Oxşar xəbərlər
AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib
Mərkəzi Bank "Azər-Türk Bank"a icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı valyuta bazarının iki iştirakçısını cərimələyib
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib
Mərkəzi Bank 2 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxslərini cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












