Azərbaycan ötən il Bişkekin ən böyük investorlarının TOP-10-luğunda olub
2024-cü ildə Azərbaycan Qırğızıstanın paytaxtı Bişkekin ən böyük investorlarının onluğuna daxil olub.
Bu barədə “Sizinxeber.az” Qırğızıstanın Milli Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkəmiz 29,9 milyon ABŞ dolları birbaşa investisiya ilə 6-cı yeri tutub.
Ən böyük investorların ilk beşliyində Rusiya (121,2 milyon ABŞ dolları), Lüksemburq (76,4 milyon ABŞ dolları), Türkiyə (51,3 milyon ABŞ dolları), Niderland (42,2 milyon ABŞ dolları) və Qazaxıstan (37,3 milyon ABŞ dolları) qərarlaşıb.
Reytinqdə Azərbaycandan sonra Özbəkistan (18,6 milyon ABŞ dolları), ABŞ (14,6 milyon ABŞ dolları), İsveçrə (10,4 milyon ABŞ dolları) və Çin (10,1 milyon ABŞ dolları) gəlir.
Ümumilikdə, ötən il Bişkek 461,6 milyon ABŞ dolları birbaşa xarici investisiya cəlb edib, bunun təxminən 70 %-ni yenidən investisiya edilmiş mənfəət təşkil edib.
Oxşar xəbərlər
AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Azərbaycan ötən il Rusiyanın süd məhsullarının TOP-5 alıcısından biri olub
Azərbaycan Gürcüstandan təqribən 2,6 milyon dollar dəyərində elektrik enerjisi alıb
Azərbaycan ötən il Gürcüstanın turizm gəlirlərində 4 % paya malik olub
Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













