Fitch: Azərbaycan banklarının bu il avrobond buraxmaq ehtimalı azdır
"Azərbaycan banklarının bu il avrobond buraxmaq ehtimalı çox azdır".
“APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. Reytinq agentliyi ümumilikdə bu amili digər Cənubi Qafqaz ölkələri- Ermənistan və Gürcüstana da şamil edib.
Qeyd edilib ki, Azərbaycanın və Ermənistanın ən böyük banklarının kifayət qədər likvidliyə malik olduğu üçün borclanma ehtiyacı azdır: “Azərbaycanın Beynəlxalq Bankının (BB/Müsbət) kredit/depozit nisbəti xüsusilə aşağıdır – 62%. Həmçinin, ABB-nin 2024-cü ilin birinci yarısının sonuna maliyyələşdirmə xərcləri 1,9% olub. Ermənistanın “Ardshinbank”ının (BB-/Stabil) kredit/depozit nisbəti 2022-ci ildə Rusiyadan böyük depozit axını səbəbindən əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2021-ci ildə 141% olan bu göstərici 2024-cü ilin sonuna 77%-ə düşüb. Gürcüstana gəldikdə isə TBC Bank və Bank of Georgia (hər ikisi: BB/Mənfi) siyasi risklər səbəbindən investorların marağının azalması ilə üzləşə bilər. Bu risklər ölkənin BB reytinqinə mənfi təsir edir”.
"Fitch" ümumilikdə hesab edir ki, 2025-ci ildə MDB+ regionunda avrobond yerləşdirilməsi Qazaxıstan və Özbəkistan bankları hesabına rekord səviyyəyə çata bilər. “Avrobond buraxılışlarının əsasən yenidən maliyyələşdirmə ehtiyacları və əlverişli makroiqtisadi şərait hesabına artması gözlənilir. Lakin bu prosesə geosiyasi risklər təsir edə bilər”- “Fitch” əlavə edib.
Oxşar xəbərlər
“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini təsdiqləyib
“Fitch": Azərbaycan bankları Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
“Fitch": Azərbaycan bankları Qafqaz regionundakı banklar arasında stabil mövqeyə malikdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












