“Fitch": Azərbaycan bankları Qafqaz regionundakı banklar arasında stabil mövqeyə malikdir
Azərbaycan bankları Cənubi Qafqaz regionundakı banklar arasında stabil mövqeyə malikdir.
Bunu "Sizinxeber.az-Economics"ə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.
O bildirib ki, son illərdə Qafqaz regionundakı bankların çoxunun reytinqi yüksəlib. Gürcüstan və Ermənistanda bu əsasən pandemiyadan sonrakı iqtisadi bərpa və Ukraynada müharibə nəticəsində Rusiya mənşəli depozit axınının artması ilə bağlı olub. Azərbaycanda isə müsbət reytinq dəyişiklikləri əsasən neft qiymətlərinin artması, köhnə aktiv keyfiyyəti risklərinin azalması və tənzimləyici çərçivənin gücləndirilməsi ilə əlaqədardır.
Maksim Maliutin qeyd edib ki, bununla belə, regiondakı bütün banklar hələ də investisiya dərəcəsindən aşağı səviyyədədir və reytinqləri B ilə BB+ arasında dəyişir. Bunun əsas səbəbləri suveren reytinq məhdudiyyətləri və struktur problemləridir: “Məsələn, Ermənistan və Gürcüstanın reytinqləri BB- səviyyəsindədir. Digər məhdudlaşdırıcı amillər yüksək kredit və maliyyələşdirmə dollarlaşması, balans hesabatında böyük konsentrasiyalar və beynəlxalq standartlarla müqayisədə müəyyən tənzimləmə çatışmazlıqlarıdır”.
Oxşar xəbərlər
“Fitch": Azərbaycan bankları Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir
"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












