Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
sizinxeber.az xəbər saytı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Sizinxeber.az” xəbər verir ki, sorğuda iştirak haqqı 193 manatdır.

İddiaçılar təkliflərini martın 19-na qədər qurumun Ağdam şəhərində yerləşən ofisinə təqdim edə bilərlər. 

Təkliflərə martın 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 

Oxşar xəbərlər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb
"Tullantıları İdarəetmə Mərkəzi" auditor seçir
Qoruqları İdarəetmə Mərkəzi sığortaçı seçir
“Azərxalça” auditor seçir
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin fəaliyyətinə dəyişiklik olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər