2025-2026-cı illərdə qlobal iqtisadi artım templəri 2,7%-ə çata bilər
Dünya Bankı 2025-2026-cı illərdə qlobal iqtisadi artım tempinin 2,7% olacağını təxmin edir.
“Report” xəbər verir ki, bu barədə təşkilatın dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatında deyilir.
Qeyd olunub ki, 2024-cü ildə qlobal iqtisadi artım tempi 2,7% təşkil edib.
Sənəddə qeyd edilib ki, inflyasiya hədəflərə yaxınlaşdıqca sabitləşir və monetar yumşaldılma həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, eyni zamanda inkişaf etməkdə olan iqtisadiyyatlarda fəaliyyətin dəstəklənməsinə kömək edir.
Həmçinin bildirilib ki, ticarət və investisiyaların gücləndirilməsi artım templərinə faydalı təsir göstərir.
Bununla belə, hesabatda qlobal iqtisadiyyatın artım tempinin kifayət qədər aşağı səviyyədə olduğu vurğulanıb:
“2,7% göstərici qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki onillikdə 3,1% təşkil edən orta artım tempindən aşağıdır. Siyasi qeyri-müəyyənlik, ticarət siyasətindəki dəyişikliklər, geosiyasi gərginlik, davamlı inflyasiya, eləcə də iqlim dəyişikliyi nəticəsində yaranan təbii fəlakətlərlə bağlı iqtisadi artıma mənfi təsir ehtimalı qalmaqdadır”.
Oxşar xəbərlər
IMF: Ticarət dünya iqtisadiyyatının artım mühərriki olmaqdan çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2026-cı illər üçün artım proqnozunu dəyişməz saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












