Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 105 mlrd. manatı ötüb
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 105 milyard 145 milyon manat təşkil edib.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% və ya 29 milyard 533 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 54 milyard 838 milyon manatı elektron ticarət vasitəsi ilə, 36 milyard 360 milyon manatı bankomatlar vasitəsi ilə, 11 milyard 167 milyon manatı POS-terminallar vasitəsi ilə, 70 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 710 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, ötən ilin dekabrın 1-nə Azərbaycanda 17 milyon 215 min ədəd debet kartı olub.
Oxşar xəbərlər
Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 mlrd. manatı ötüb
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












