Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
sizinxeber.az xəbər saytı

Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb


Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 99 milyon 429 min 700 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,6 % artaraq 212 manat olub.

Yanvarda Naxçıvanda 47 milyon 569 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 1 il əvvəlki göstəricini 20,6 % üstələyib.

Eyni zamanda, yanvarda muxtar respublikada 8 milyon 713 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da illik müqayisədə 0,4 % çoxdur.

Oxşar xəbərlər

Naxçıvana yanvarda 2 milyon manatdan çox investisiya qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yumurta bahalaşa bilər – 5 günə Rusiyaya 72 ton göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər