sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 997,4 milyon manat xalis mənfəət əldə edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.
11 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 393,4 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,8 % çox), əməliyyat xərcləri 2 milyard 828,3 milyon manat (24,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 315,7 milyon manat (39,4% çox), digər gəlirləri 2,6 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 254,6 milyon manat (29,5 % çox) təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 5 % azaldılır
Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 1 % azaldılır
Azərbaycanda sosial müavinətlər və təqaüdlərlə bağlı YENİLİK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













