Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib


Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib.

“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 29,2 % artaraq 452,6 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3 % azalaraq 370 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.

Oxşar xəbərlər

Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda problemli kreditlərin həcmi 31 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 5 % azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il maaşlar bu qədər arta bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər