sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb
Ötən il Türkiyədən Azərbaycana 2 milyard 407 milyon 984 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 8,5 % çoxdur. Belə ki, 2022-ci ildə Türkiyədən ölkəmizə 2 milyard 218 milyon 550 min ABŞ dolları dəyərində məhsul gətirilib.
Həmçinin 2023-cü ilin dekabr ayında Azərbaycan qardaş ölkədən 357 milyon 728 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 65,1 % artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb
Azərbaycanda yumurta bahalaşa bilər – 5 günə Rusiyaya 72 ton göndərilib
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
Rusiyalı milyarderlərin sərvəti 2023-cü ildə 50 milyard ABŞ dolları artıb
Ötən il Antalya rekord sayda turist qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













