Türkiyə qeydiyyatlı avtomobillər 10 ayda Azərbaycanda ən çox qəza törədib
Türkiyədə qeydiyyatdan keçmiş avtomobillər Azərbaycanda ən çox qəza törədən nəqliyyat vasitələri olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında "Yaşıl Kart" beynəlxalq sığorta sisteminin iştirakçılarının təqsiri ilə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinə görə sığorta şirkətləri ümumilikdə 53 276 manat ödəniş edib.
Bu dövrdə Türkiyə qeydiyyatlı avtomobillər 18 qəza törədib və nəticədə 31 838 manat sığorta ödənişi həyata keçirilib. Ukrayna qeydiyyatlı avtomobillər 7 qəza törədib və bu qəzalar üçün 13 869 manat ödənilib. Rusiya qeydiyyatlı avtomobillər isə 5 qəza törədərək ümumilikdə 7 569 manat sığorta ödənişi ilə nəticələnib.
Bu ilin 9 ayında Azərbaycanın “Yaşıl Kart” sahiblərinin təqsiri üzündən ölkədən kənarda - Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada isə ümumilikdə 264 yol qəzası baş verib. Həmin sığorta hadisələrinə görə 998 846 manat ödəniş həyata keçirilib.
Oxşar xəbərlər
Aqrar Sığorta Fondu 9 aylıq nəticələri açıqlayıb
Aqrar Sığorta Fondu 10 aylıq nəticələri açıqlayıb
Azərbaycanın sığorta bazarı 9 %-dən çox böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
