DSMF-nin investisiyasının həcmi açıqlanıb
Dövlət Sosial Müdafiə Fondu artıq 1 milyard 475 milyon manata yaxın vəsaiti investisiya edib.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, investisiya siyasətləri olduqca konservativdir: “Bizim üçün ən əhəmiyyətli məsələ ictimai fondların vəsaitidir. Biz burada daha çox risklərin idarə olunmasına köklənmişik. Bu baxımdan dövlət qiymətli kağızların alışı, xüsusilə Maliyyə Nazirliyinin buraxdığı istiqrazların alışı, eləcə də Mərkəzi Bankın buraxdığı qiymətli kağızların alışına fokuslanmışıq. Burada da bazar və formalaşan faiz dərəcələri var. İstiqrazları fond birjasında və bazarın tələblərinə uyğun olaraq formalaşmış qiymət əsasında alınır. Faizlərin aşağı düşməsi digər riskli alətlərə müraciət üçün stimul olmayacaq. Siyasətimiz konservativ və ehtiyatlıdır”.
Oxşar xəbərlər
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
Sahil Babayev: Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir
Nazir ünvanlı sosial yardımın verilməsi proseduruna aydınlıq gətirib
Naxçıvan ƏƏSMN-in bir qrup əməkdaşı işdən azad olunub
Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
