ABB ilə AYİB arasında 50 mln. dollarlıq anlaşma imzalanıb - FOTO
14 noyabr 2024-cü il tarixində - COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında saziş imzalanıb. ABB-nin COP29-dakı pavilyonunda keçirilən imzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan AYİB prezidenti, xanım Odile Renaud-Basso imza atıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, 50 milyon dollarlıq saziş ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədi daşıyır. Belə bir razılaşma sənədi uzunmüddətli fasilədən sonra AYİB-in Azərbaycanın maliyyə bazarlarına kifayət qədər iri məbləğdə investisiya ilə yenidən qayıdışıdır. Bu da, sektora etimadın artmasından, Azərbaycanın bank sektorunda korporativ idarəetmənin inkişafından, eləcə də ABB ilə tərəfdaşlıq perspektivlərinə yüksək inamdan irəli gəlir.
AYİB-lə ticarətin maliyyələşdirilməsi üzrə belə bir tərəfdaşlıq ABB-nin real sektoru maliyyələşdirmək imkanlarını artıracaq. Bankın beynəlxalq əməliyyatlarını dəstəkləyəcək. İdxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərini daha əlçatan edəcək. Xüsusilə kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını genişləndirəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu sazişin ölkəmizdə biznesin dayanıqlı inkişafına, sahibkarlarımızın beynəlxalq ticarətdə davamlı şəkildə iştirakına, dolayısı ilə insanlarımızın rifahına əhəmiyyətli töhfə olduğunu bildirib: “ABB olaraq ətraf mühit və gələcəklə bağlı məsuliyyətimizi öndə tutmaqla bu maliyyə resurslarından daha çox yaşıl iqtisadiyyat yönümlü layihələrin dəstəklənməsində istifadə etməyə çalışacağıq. Saziş çərçivəsində, ilk növbədə, karbon izlərini azaldan və yaşıl ticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək”.
AYİB-in prezidenti xanım Odile Renaud-Basso bildirib: “Biz əminik ki, bu ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq. Eyni zamanda, AYİB ABB-yə yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYİB: Bərpa olunan enerji auksion sisteminin inkişafı üçün 18 ölkə ilə işləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYİB-in direktor müavini: Ümid edirəm ki, Gəncədən başladığımız layihəni genişləndirə biləcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












