Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində təlim keçirib
Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində Beynəlxalq Əmanət Gününə həsr olunmuş “Əmanətlərin sığortalanmasının 100 illik yubileyi. Etimad və sabitliyin 100 ili” adlı təlim keçirilib.
“Sizinxeber.az” Fonda istinadən xəbər verir ki, təlimdə Qarabağ Universitetinin prorektorları Fariz Əhmədov və Nərgiz İsmayılova, iqtisadiyyat fakultəsinin dekanı Ceyhun Məmmədov, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov və “Sizinxeber.az" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iştirak edib.
Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, Qanunvericiliyin Azərbaycan əmanətlərin sığortalanması sistemində rolu, risklərin idarə edilməsi, yaşıl maliyyə və yeni risklər, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndirib.
Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilib.
Oxşar xəbərlər
"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
"Muğan Bank"ın əmanətçilərinə şad xəbər!
Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın qorunan əmanətçilərinə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













