Sizinxeber.az » İqtisadiyyat » Maliyyə » Kapital Bank “SIBOS 2024”-də: tədbir bütün sürəti ilə davam edir

Kapital Bank “SIBOS 2024”-də: tədbir bütün sürəti ilə davam edir

Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını davam etdirir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, sərgidə bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərliyi ilə Baş Maliyyə inzibatçısı Emin Məmmədov, Baş Komplayens inzibatçısı Kamal Abdullayev, Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev olmaqla bankın rəsmi nümayəndə heyəti, eləcə də xüsusi işçi komandası iştirak edir.

Sərginin üç günü ərzində bankın müxbir əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində Çinin “ICBC”, BƏƏ-nin “United Arab Bank”, İsveçrənin “BENDURA BANK AG”, İtalyanın “Iccrea Banca S.p.A”, Almaniyanın “Bayern LB” kimi aparıcı bankları və ABŞ-nin “VISA” şirkəti kimi bir çox maliyyə şirkətlərinin rəsmiləri ilə görüşlər keçirilərək müzakirələr aparılıb.

Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !