"AzerGold"un yeni istiqraz emissiyasının əlavə parametrləri açıqlanıb
“AzerGold” QSC-nin "Bakı Fond Birjası" QSC-də (BFB) yerləşdirməyi planlaşdırdığı 20 milyon ABŞ dolları dəyərində yeni istiqrazlar ilk emissiyada olduğu kimi 3 il tədavüldə olacaq.
"Sizinxeber.az" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Bununla belə, istiqrazların illik gəlirliliyi ilk emissiya ilə müqayisədə 2 faiz bəndi çox - 6 % təşkil edəcək, faizlər yenə də rüblük ödəniləcək.
İlk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 000 ədəd istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri yenə də "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
"AzerGold"un 2020-ci ildə tədavülə buraxdığı 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların tədavül müddəti ötən ilin sentyabr ayında başa çatıb. Nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazın yarısı 2020-ci ilin sentyabr ayında, yarısı noyabr ayında yerləşdirilib. Bu müddətdə istiqraz sahibləri 2,4 milyon ABŞ dolları faiz gəlirləri əldə edib. Həm bu məbləğ, həm də əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, ümumilikdə 22,4 milyon ABŞ dolları məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi başa çatdırılıb.
Oxşar xəbərlər
ASCO 50 mln. dollarlıq istiqrazlardan əldə olunan vəsaitin necə xərclənəcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın tomat ixracından gəliri 68 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Unibank"ın kapitallaşma proqramı başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












