Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb
sizinxeber.az xəbər saytı

Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb


Kimya nəhəngi “İneos”un sahibi Cim Ratkliff İngiltərənin “Mançester Yunayted” futbol klubunun səhmlərinin 25%-ni alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Britaniyanın “Trawlers Limited” şirkəti klubun “B” sinifli səhmlərin 25%-ni alıb və həmçinin klub rəhbərliyi ilə “A” sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb.

Müqavilənin dəyəri 1,2 milyard funt sterlinq (1,52 milyard ABŞ dolları - Qeyd) təşkil edib.

Milyarder həmçinin “Old Trafford” stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq ki, bunun da 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları isə 2024-cü ilin sonuna kimi ödəniləcək.

“İneos” şirkətinə həmçinin klubun futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək.

Bundan əvvəl “Qırmızı Şeytanlar” yalnız 2005-ci ildə 1,34 milyard dollara “Mançester Yunayted”i satın alan Coel və Avram Qleyzerə məxsus idi.

Oxşar xəbərlər

"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: “Mançester Yunayted”lə “Qalatasaray” məğlub oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: "Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulması ölkəmizdə münbit sərmayə iqliminin nəticəsidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər