Gələn il Naxçıvanda vergi daxilolmaları 191.5 mln. manat proqnozlaşdırılır
Naxçıvanda iqtisadi sahədə 2024-cü ilin 9 ayı üzrə göstəricilər açıqlanıb.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayı üzrə fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edib.
Abbas İsmayılov bildirib ki, hesabat dövründə sahibkarlara 76 lisenziya verilib, büdcəyə 43,6 min manat vəsait ödənilib. Muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 3307 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb.
1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4.712 vahid artıb: "Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 2024-cü ilin 6 ayında 40,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub. 2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb".
"Vergilər üzrə proqnoz 2024-cü ildə 2022-ci illə müqayisədə 61,2 milyon manat və ya 54,3 faiz artırılmaqla 112,8 milyon manatdan 174 milyon manata çatdırılıb. Növbəti ildə vergi daxilolmaları üzrə proqnoz məbləğinin 17,5 milyon manat artırılmaqla 191,5 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 78,7 milyon manat və ya 69,8 faiz artım deməkdir" - deyə Abbas İsmayılov qeyd edib.
Oxşar xəbərlər
Naxçıvanda 9 ayda sahibkarlara 76 lisenziya verilib
Bu ilin 7 ayında Naxçıvanda sosial müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
Bu ilin birinci yarısında Naxçıvana 150 mln. manat dotasiya ayrılıb
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
Altı ayda Naxçıvana 150 mln. manat dotasiya ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












