“Azər-Türk Bank”ın səhmlərinin bir qisminin SOCAR-a ötürülməsinin təfərrüatları açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin səhmlərinin 51 %-nin əldə edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bankdakı payının bir qisminin şirkətin sərəncamına verilməsi hesabına gözlənilir.
Bunu "Report"a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.
“Məndə olan məlumata görə, söhbət həmin Bankda dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir”, - deyə nazir qeyd edib. Bununla yanaşı S. Şərifov vurğulayıb ki, bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın.
Xatırladaq ki, SOCAR-ın “Azər-Türk Bank”ının nəzarət səhm paketinin alınması ilə bağlı məsələ şirkətin 17 iyulda keçirilən Müşahidə Şurasının iclasında müzakirə edilib.
"Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətin, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Oxşar xəbərlər
Azərbaycanda bu il verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
