ARDNF qlobal bazarlardakı gərginliyin investisiya portfelinə təsirlərini açıqlayıb
2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaradıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bildirilib.
Qeyd edilib ki, qlobal maliyyə bazarlarında artan geosiyasi gərginlik və qeyri-müəyyənliyin investisiya portfelinə təsir edib.
Fonddan bildirilib ki, hesabat dövründə səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları portfelə əhəmiyyətli müsbət töhfə verib. Eyni zamanda, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur aktivləri də müsbət gəlirlilik nümayiş etdirib.
Vurğulanıb ki, inkişaf etmiş ölkələrin istiqraz bazarlarında ilin ilk iki ayında gəlirlilik dərəcələri azalsa da, mart ayında Yaxın Şərqdə gərginliyin artması fonunda enerji qiymətlərinin yüksəlməsi və inflyasiya gözləntilərinin güclənməsi nəticəsində artım qeydə alınıb. Bu isə istiqraz qiymətlərinə mənfi təsir göstərib. Sözügedən dinamika daha çox Avropa bazarlarında hiss olunsa da, ABŞ dollarında emissiya edilmiş borc alətləri portfeli nisbətən dayanıqlığını qoruyub.
Məlumata görə, qlobal səhm bazarları rübün əvvəlində müsbət dinamika göstərsə də, sonradan geosiyasi risklərin artması ilə geriləyib.
Fonddan əlavə edilib ki, qızıl 2026-cı ilə də yüksək nəticələrlə başlayıb. Mart ayında qiymətlərdə qismən azalma müşahidə olunsa da, ümumilikdə rüb müsbət yekunlaşıb və bu, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirlərin formalaşmasına səbəb olub.
Oxşar xəbərlər
Neft Fondunun aktivləri 60 mlrd. dolları ötüb
Dövlət Neft Fondunun səhm portfeli üzrə əldə etdiyi gəlirlərin həcmi məlum olub
Azərbaycan bu il qızıl rezervlərini maksimal həddə çatdıracaq - EKSKLÜZİV
Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 26%-i ötüb
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
