İki ayda pərakəndə ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb
sizinxeber.az xəbər saytı

İki ayda pərakəndə ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb


Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Dövr ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.

Oxşar xəbərlər

10 ayda Azərbaycanda 48 mlrd. manatlıq məhsul satılıb
I rübdə Azərbaycanda 14.6 mlrd. manatlıq məhsul satılıb
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Dörd ayda Azərbaycanda 18 mlrd. manatlıq məhsul satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər